ABŞ Prezident Donald Tramp ölkəsini çətin günlərin gözlədiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə “Truth Social” səhifəsində yazıb.
"Bu, iqtisadi inqilabdır və biz qalib gələcəyik, möhkəm dayanacağıq, asan olmayacaq, amma son nəticə tarixi olacaq", - Amerika lideri yazıb.
O əlavə edib ki, Pekin baş verənlərdən Vaşinqtondan daha çox əziyyət çəkib.
Aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. O deyib ki, Birləşmiş Ştatlar “yaxın və uzaq xalqlar, dostlar və düşmənlər tərəfindən talan edilib”. Nəticədə, Vaşinqton müxtəlif ölkələr üçün 10-50% arasında dəyişən rüsumlar tətbiq edib. Bu fonda ABŞ fond bazarı çöküb və açılış zəngi ilə bazar kapitallaşmasını təxminən 2,7 trilyon dollar itirib.