AZ

“ABŞ ilə birbaşa danışıqların heç bir mənası yoxdur”

“ABŞ ilə birbaşa danışıqların heç bir mənası yoxdur”.

Demokrat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“Daim güc tətbiq etməklə hədələyən və müxtəlif rəsmiləri vasitəsilə ziddiyyətli mövqelər ifadə edən tərəflə birbaşa danışıqların mənası yoxdur”, - “Agence France-Presse” xarici işlər nazirinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, martın 7-də ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılması təklifi ilə mesaj göndərdiyini açıqlayıb. Tehran Vaşinqtonla birbaşa dialoqdan imtina edib, lakin danışıqların vasitəçilər vasitəsilə davam etdirilməsinə icazə verib.

Seçilən
132
2
demokrat.az

3Mənbələr