AZ

Gəncədə qidadan zəhərlənmiş ailə evə buraxılıb - Yenilənib

Gəncə şəhərində qidadan zəhərlənmiş ailə xəstəxanadan evə buraxılıb...

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Bildirilib ki, Gəncədə qidadan zəhərlənmiş 44 yaşlı qadına və iki övladına tibbi yardımlar göstərilib və onlar evə buraxılıblar.

***

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun övladları - 2010-cu il təvəllüdlü Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların yaşadıqları evdə qidadan zəhərləndiyi bildirilir.

Poliqon.info

Seçilən
263
44
poliqon.info

10Mənbələr