Paytaxtın Nəsimi rayonunun 28 May küçəsində naməlum şəxs küçənin ortasında qəribə hərəkətlər edib.
"Unikal"ın məlumatına görə, yarıçılpaq vəziyyətdə olan gəncin ayağında olan qandal sakinlər tərəfindən diqqət çəkib. Onun küçədə qeyri-adi və anlaşılmaz hərəkətlər etməsi də narazılığa səbəb olub.
Xəbərdarlıqdan sonra polis əməkdaşları gələrək həmin şəxsi ərazidən uzaqlaşdırıblar.
Ağarza Elçinoğlu