Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Sankt Pauli” – “Borussiya” (Mönhenqladbax) matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Union Berlin” isə doğma meydanda “Volfsburq”a tək qolla qalib gəlib.
Beləliklə, geridə qalmış 28 turdan sonra 68 xal toplamış “Bayern” vahid liderdir. Son çempion “Bayer” 62 xalla ikinci, 48 xal toplamış “Bayer” üçüncü, 46 xalı olan “Maynts” isə dördüncü pillədə qərarlaşıb. “Leypsiq” 45, Mönhenqladbax “Borussiya”sı 44, “Frayburq” 42, Dortmund “Borussiya”sı 41, “Ştutqart” 40, “Verder” və “Auqsburq” 39, “Volfsburq” 38, “Union Berlin” 33, “Hoffenhaym” 27, “Sankt Pauli” 26 xal toplayıb.
Almaniya, Bundesliqa
28-ci tur
4 aprel
Auqsburq – Bayern 1:3
Qollar: Yannulis, 30 – Musiala, 42. H.Keyn, 60. Matsima, 90+3-öz qapısına.
5 aprel
Boxum – Ştutqart 0:4
Qollar: Şabo, 8. Demiroviç, 11; 48; 85.
Frayburq – Borussiya (Dortmund) 1:4
Qollar: Eggeştayn, 88 – Adeyemi, 34. Çukvuemeka, 51. Girassi, 68. Gittens, 78.
Haydenhaym – Bayer 0:1
Qol: Buendiya, 90+1.
Maynts – Holştayn 1:1
Qollar: Vayper, 75 – Bernardsson, 34.
Leypsiq – Hoffenhaym 3:1
Qollar: Şeşko, 24. Baku, 43 – Bişof, 11.
Verder – Ayntraxt 2:0
Qollar: Burke, 28. Şmid, 84.
6 aprel
Sankt Pauli – Borussiya (Mönhenqladbax) 1:1
Qollar: Afolayan, 85 – İtakura, 45+2.
Union Berlin – Volfsburq 1:0
Qol: Hollerbax, 63.