Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub. 1news.az APA-ya istinadən xəbər verir ki, kəndin mollası Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq öldürüb. Daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək təslim olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.