“Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, iclasın gündəliyinə “Para” BOKT ASC-nin Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi daxildir.
Yığıncaq 23 may tarixində BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60 ünvanında olacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 38 milyon 887 min manat olan BOKT-un qanuni təmsilçisi Quliyev Elnurdur.
Maya Hüseynova