AZ

Jerar Pike: “Tomas Müller hiss etdiyini etməlidir”

“Barselona”nın keçmiş mərkəz müdafiəçisi Jerar Pike “Bayern”in veteran hücumçusu Tomas Müllerin gələcək karyerası ilə bağlı danışıb.

Arena.az Jerar Pikenin müvafiq qənaətini təqdim edir:

“O, hiss etdiyini etməlidir. Əvvəl-axır, bütün insanlar müxtəlifdirlər. Hamının fərqli maraqları var, hər kəsin şəxsi həyatında isə müxtəlif xüsuslar yaşanır”, deyə Jerar Pike vurğulayıb.

Xatırladaq ki, “Bayern”in almaniyalı veteran hücumçusu Tomas Müller bir neçə gün öncə 2024/2025 mövsümü başa çatdıqdan sonra bu klubdan ayrılacağını açıqlayıb. Amma 35 yaşlı futbolçunun karyerasını bitirmək istəmədiyi vurğulanır. Bu isə onun yayda özünə yeni iş yeri axtaracağı anlamına gəlir. Müllerin mövsüm bitəndən sonra hansı qərarı verəcəyi maraqla gözlənilir.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyulundan klubun əsas komandasında çıxış edir.

Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Komandanın baş məşqçisi

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 36 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 743 oyun, 247 qol, 273 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
244
5
arena.az

10Mənbələr