AZ

Alınan qızıllar satılır: Qiymət son 3 həftənin ən aşağı səviyyəsindədir

Qlobal tənəzzüllə bağlı narahatlıqlar fonunda investorlar digər aktivlərdəki itkilərinikompensasiya etmək üçün qızıl satdıqları üçün qiymətlər bu gün üç həftənin ən aşağı səviyyəsinə düşüb. 

Marja xəbər verir ki, qızılın qiyməti bu gün 0,4 faiz düşərək unsiya üçün 3025 dollar olub (Bakı vaxtı ilə saat 10:45-ə olan məlumat). Qiymət ilkin sessiyada 1 faizdən çox düşərək martın 13-dən bəri ən aşağı səviyyəyə geriləmişdir.

İnvestorlar niyə qızıl satırlar?

Qeyri-müəyyənlik dövründə "təhlükəsiz sığınacaq" olaraq görülən və belə vəziyyətlərdə bahalaşan qızılın bu ucuzlaşması, bəzi investorların mənfəət götürmək və ya digər aktivlərdəki itkiləri bağlamaq üçün qızıl satmaları ilə bağlıdır. 

"Bazarlarda gərginliyin azalıb-yavaşlamayacağına dair bir çox qeyri-müəyyənlik var. Gərginliyin tezliklə başa çatacağı hesab olunmur.  Qiymətlərdə müvəqqəti azalma qazanc əldə etməklə bağlı ola bilər, lakin ümumi "təhlükəsiz liman" alışı bazar dəyişkənliyinə qarşı müəyyən dəstək verir",- analitiklər bilririr.

Seçilən
165
marja.az

1Mənbələr