“Ənsarullah” adlı üsyançı hərəkat olan yəmənli husilər İsrailin Tel-Əviv bölgəsindəki hərbi obyektini pilotsuz təyyarənin hücumu ilə məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sərya çıxış edib.
Yəmən donanması və hava qüvvələri Qırmızı dənizdə iki Amerika esminesinə hücum edərək ortaq əməliyyat həyata keçirib.
"Hücumlarda bir neçə qanadlı raket və pilotsuz uçuş aparatlarından istifadə edilib",- deyə bildirilib.