AZ

Husilər Tel-Əviv yaxınlığındakı hərbi obyektin məhv edildiyini iddia ediblər

"Ənsar Allah” üsyançı hərəkatından olan yəmənli husilər İsrailin Təl-Əviv bölgəsindəki hərbi obyektini PUA ilə məhv ediblər.

Bu barədə husilərin nümayəndəsi Yəhya Saria "Al Masirah" televiziya kanalının efirində bildirib.

"Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffa bölgəsində (Tel-Əviv - red.) İsrail hərbi obyektinin pilotsuz uçuş aparatı vasitəsilə məhv edilməsi əməliyyatını həyata keçirib", - deyə hərəkatın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Yəmənin hərbi dəniz və hərbi hava qüvvələri Qırmızı dənizdə ABŞ-nin iki esminesini hədəf alan birgə əməliyyat keçiriblər. Hücumlar üçün bir neçə qanadlı raket və pilotsuz uçuş aparatından istifadə edilib.
 
 
 

Seçilən
188
1
7news.az

10Mənbələr