AZ

Mirzoyan gizli şəkildə Dubaya gedib, azərbaycanlı rəsmi ilə görüşüb?

Ararat Mirzoyan məxfi şəkildə Dubaya gedib və orada Azərbaycan nümayəndəsi ilə qeyri-rəsmi əlaqə saxlayıb.
BUTA.TV xəbər verir ki, belə bir iddianı Ermənistanın “Past” nəşri yayıb. Nəşr əldə etdiyi məlumatla bağlı XİN-ə sorğu verib və Mirzoyanın BƏƏ-yə səfərinin niyə rəsmən elan edilmədiyinin səbəbini soruşub. “Ermənistan Xarici İşlər Nazirliyi əvvəlcə Mirzoyanın Dubayda olmasını təkzib etməyə çalışdı, bir müddət sonra isə Mirzoyanın Dubayda olduğunu təsdiqlədi”, - nəşr yazıb.

Rəsmi açıqlamada bildirilib ki, Dubayda heç bir ölkənin nümayəndəsi ilə heç bir rəsmi görüş və ya qeyri-rəsmi əlaqə olmayıb.

Seçilən
149
3
buta.tv

10Mənbələr