AZ

Ulduz oyunçu ilə 500 milyonluq yeni müqavilə imzalandı

"Toronto Blue Jays” lideri Vladimir Gerrero Junior ilə yeni 14 illik müqavilə ilə bağlı razılığa gəlib. SİAxəbər verir ki, bu müddət ərzində beysbolçu 500 milyon dollar qazanacaq. Bununla da klub əsas ulduzunu uzun müddət komandada saxlamaq istədiyini nümayiş etdirib. 26 yaşlı Gerrero 2018-ci ildə “Toronto”da çıxış edir. O, 4 dəfə “All-Star” komandasına seçilib və 2021-ci il mövsümündə “Qızıl Əlcək” Mükafatını qazanıb.

Qeyd edək ki, Dominikanlı idmançı ötən əsrin 90-cı illərinin beylboz ulduzu Vladimir Gerreronun oğludur. Onun atası 9 dəfə “All-Star”a seçilib.

Seçilən
108
1
sia.az

10Mənbələr