AZ

İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək

Azərbaycanda fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları aprelin 14-də iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görəcək.

Seçilən
62
4
publika.az

10Mənbələr