Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuşmalların və göstərilmiş xidmətlərin həcmi 8,7 milyard manat təşkiledib.
Trend-in BakıŞəhər Statistika İdarəsinin məlumatları əsasında apardığıhesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 0,2 milyard manat və ya 2,3 faiz çoxdur.
Hesabat dövründə sənaye məhsulunun 73,5 faizi mədənçıxarma, 22,9faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorlarında istehsalolunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 79,1 faiz olub. İstehsalınümumi həcmində sənaye məhsulunun payı 89,8 faiz, sənaye xarakterlixidmətlərin göstərilməsi isə 10,2 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin martın 1-ivəziyyətinə 575,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmışvə satış üçün nəzərdə tutulmuş 44,3 milyon manat məbləğində digərməhsullar da mövcud olub.