Aprelin 10-da “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə “Sea Breeze Resort”da “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Sammiti) tədbiri keçiriləcək.
Sammit bütöv günü əhatə etməklə Azərbaycan–Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarovun, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadənin çıxışlarından, COP29 təşəbbüslərinə dəstək məqsədilə imzalanan “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli paneldən, “Açıq söhbət” adlı eksklüziv sessiyadan, “PMO.az”ın dəstəyi ilə keçiriləcək vörkşopdan, eləcə də “The Builder’s Awards” təltifetmə mərasimindən ibarət edilmiş 7 spiker, 250 nəfərə yaxın rəhbər, idarəçi və qərarverici şəxsin iştirakı ilə təşkil olunacaq.
“People. planet. prosperity.” konsepti dayanıqlı tikintinin əsas sütunlarını əks etdirir, insan rifahını, ekoloji məsuliyyəti və iqtisadi inkişafı prioritetləşdirən balanslı yanaşmanı vurğulayır. Bu konsept BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun olan, hərtərəfli yanaşmanı əks etdirən “Yaşıl Layihə İdarəetməsi” tərəfindən hazırlanmış 5P standartları çərçivəsində formalaşdırılıb.
Sammit “Sea Breeze Resort”un baş sponsorluğu, “Mr. Fix” brendinin, “Huner Group”un və “AzVirt” MMC-nin “platinum” sponsorluğu, “IST” MMC-nin, “Sobsan Boya”nın və “Design Bureau”nun “gold” sponsorluğu, “Biznes Mərkəzi”nin, “Arter”in və “Ebiletstore”un tərəfdaşlığı, “PMO.az” Layihə Düşüncə Məktəbinin və “Dream Group International”ın təşkilati tərəfdaşlığı, həmçinin “Boomerang Agency”nin, “NS Studio”nun, eləcə də bizimyol.info və azvision.az xəbər saytlarının media tərəfdaşlığı ilə keçiriləcək.
“Green Public” startapının həmtəsisçisi Tural Yusifovun moderatorluğu ilə keçiriləcək “Follow-up” adlı I panelin spikerləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarov olacaqlar.
“Açıq söhbət” adlı eksklüziv sessiyada “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur, “Neo Portföy”ün İdarə Heyətinin sədri Bekir Yener Yıldırım, həmçinin Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov və “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev çıxış edəcəklər. Paneldə yaşıl tikinti həlləri, iqtisadi səmərəlilik və liderlərin dayanıqlılıq sahəsindəki rolu müzakirə olunacaq, eləcə də səmimi, dərin diskussiyalar zamanı aktual suallar cavablandırılacaq, dayanıqlı inşaatın inkişafına dair yeni ideyalar təqdim ediləcək.
Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) və “Green Project Management” (GPM) tərəfindən hazırlanmış 5P standartı əsasında keçiriləcək “Vörkşop: “people. planet. prosperity.” praktikada” adlı interaktiv vörkşopa “PMO.az” Layihə Düşüncə Məktəbinin təsisçisi və direktoru Rəşad İbrahimov moderatorluq edəcək.
“The Builder’s Awards” təltifetmə mərasimində isə ölkəmizdə tikinti sektorunun ən innovativ, uğurlu layihələrini bir araya gələcək və sahənin inkişafına töhfə verən şirkətlər mükafatlandırılacaq. Bu nüfuzlu tədbirdə “Sustainable Construction Company Award”, “Environmentally-friendly Civil Project Award” və “Emerging Builder Award” nominasiyaları üzrə qalib1 elan ediləcək şirkətlər müstəqil ekspert komissiyası tərəfindən şəffaf meyarlar əsasında seçiləcək. Təltifetmə mərasimi, eyni zamanda, tikinti sektorunun aparıcı şirkətləri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları üçün unikal platforma rolunu oynayacaq.