AZ

ABŞ prezidenti Tramp kömür hasilatı ilə bağlı sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp kömür hasilatının artırılması ilə bağlı sərəncam imzalayıb.

Tramp Ağ Evdə keçirilən mərasimdə enerji sektoru və ölkənin təmiz kömür sənayesinin canlandırılması ilə bağlı sərəncamlar imzalayıb.

Operativ Media xəbər verir ki, imzalanma mərasimində çıxış edən Tramp, vəzifəyə başladığı ilk gündə Milli Enerji Fövqəladə Halı elan etdiyini bildirib və "yeni yaşıl fırıldaq" olaraq xarakterizə etdiyi Paris İqlim Müqaviləsindən çıxdığını xatırladıb.

“Paris İqlim Müqaviləsi çərçivəsində dəhşətli vəziyyətlə üzləşdik” deyən Tramp, razılaşmanın birtərəfli olduğunu və ABŞ üçün son dərəcə baha başa gəldiyini bildirib.

Keçmiş prezident Co Bayden və Konqresdəki Demokratların dörd il ərzində Amerika kömür sənayesini ortadan qaldırmağa çalışdığını iddia edən Tramp, “Demokratların yaşıl yeni fırıldağının” iş yerlərini öldürdüyünü və qiymətlərin artmasına səbəb olduğunu müdafiə edib

"Bu arada, Çin hər həftə iki kömür zavodu açır və digər ölkələr də çox güclü şəkildə kömürə qayıdır", - Tramp bildirib.

Seçilən
258
50
operativmedia.az

10Mənbələr