AZ

Gəncədə məktəblini maşın vurdu

Gəncədə məktəbli yol qəzasında xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında baş verib. Belə ki, 2012-ci il təvəllüdü S.Məhərrəmov yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(apa)

Seçilən
165
2
avtosfer.az

10Mənbələr