Ermənistanın sərhəddə təxribat fəaliyyətini ifşa edən görüntülər yayılıb.
Publika.az xəbər verir ki, təxribat addımı aprelin 7-də saat 18:15-də Qazaxın Şıxlı kəndi yaxınlığında baş verib.
Ermənistan ordusunun iki hərbçisi iriçaplı silahları Azərbaycan ərazisinə tuşlayır. Görüntülərdə erməni hərbçilərin atəş açdığı qeydə alınmır, lakin bu addımın psixoloji təzyiq xarakteri daşıdığı və təxribatlara hazırlıq olduğu aydın görünür.
Daha bir fakt Kəmərli kəndi istiqamətində qeydə alınıb. Ermənistan ordusu 122 mm-lik D-30 haubitsa qurğularını Kəmərli kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərinə tuşlanmış vəziyyətə gətirib.
Bu faktlar Ermənistanın sərhəddə növbəti təxribatlara hazırlaşdığını isbat edir.
Asif