AZ

Hadson İnstitutunda Azərbaycanın mina problemi müzakirə olunub

Hadson

ABŞ-nin Hadson İnstitutunda Azərbaycandakı mina problemi və təhdidi ilə mübarizə səyləri müzakirə olunub.“Ulusum”.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.Qeyd olunub ki, paytaxt Vaşinqtonda Hadson İnstitutunda təşkil edilmiş dəyirmi masa müzakirəsində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycanın Xarici İşlər Nazirliyindən nümayəndə heyəti və diplomatik nümayəndələr iştirak edib.“Müzakirədə Azərbaycanda humanitar minatəmizləmə əməliyyatları, istifadə olunan avadanlıq və texnikalar, həmçinin donorların rolu vurğulanıb. Azərbaycanda davam edən mina problemi və təhdidi ilə mübarizə səyləri haqqında ətraflı təqdimat da keçirilib. Təəssüf ki, tədbir zamanı azad edilmiş ərazilərdə Azərbaycana qarşı mina terroru nəticəsində daha bir itki baş verib”, – səfirliyin paylaşımında nəql edilib.

Diqqət Çəkənlər

Xaricdə bizi layiqincə tanıdan qadın!

Mərakeşdə “REZA-nın Müasir Odiseiyası” adlı sərgi açılıb

"Dünyanı Yaxşılardır Gözəlləşdirir" İstanbulda böyük maraqla qarşılandı

Seçilən
85
5
ulusum.az

10Mənbələr