AZ

BOK rəsmi müqavilə bağladı: olimpiada bu dağlarda keçiriləcək

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının Fransanın Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraçı direktoru Kristof Dubi bildirib.

İyulun 24-də Beynəlxalq Olimpiya Komitəsi 2030-cu il Olimpiadasına ev sahibliyi etmək hüququnu şərti olaraq Fransaya həvalə etmişdi.

BOK prezidenti Tomas Bax bəyan edib ki, ev sahibliyi ilə bağlı müqavilə yalnız dövlət zəmanəti verildikdən sonra imzalanacaq.

phrase_var_article.chosen
129
1
publika.az

10phrase_var_article.sources