AZ

Messi komandasını Çempionlar Kubokunda yarımfinala yüksəldib

Argentinalı ulduz futbolçu Lionel Messi "İnter Mayami"ni Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinal mərhələsinə yüksəldib.

"Report" xəbər verir ki, ABŞ təmsilçisi 1/4 finalın cavab oyununda bu ölkənin digər komandası "Los Anceles"lə üz-üzə gəlib.

Qarşılaşma "İnter Mayami"nin 3:1 hesablı qalibiyyəti ilə bitib. Görüşdə dubl edən Messi bir məhsuldar ötürmə ilə də yadda qalıb.

İlk görüşdə 0:1 hesabı ilə uduzan Mayami klubu yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, ABŞ təmsilçisi yarımfinalda Kanadanın "Vankuver" klubu ilə qarşılaşacaq.

Seçilən
260
1
report.az

10Mənbələr