KONKAKAF Çempionlar Kubokunun 1/4 mərhələsini cavab oyunu çərçivəsində “İnter Mayami” doğma meydanda “Los Anceles”lə qarşlaşıb.
Publika.az xəbər verir ki, Florida klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. "İnter"in ulduz hücumçusu Lionel Messi üçün bu görüş olduqca məhsuldar alınıb. O, bu görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
İlk oyunda “Los Anceles” 0:1 hesabı ilə məğlub olan "İnter Mayami" bu qələbə sayəsində yarımfinala vəsiqə qazanıb.
Heybət