AZ

Messinin dublu “İnter Mayami”ni yarımfinala çıxardı

Lionel Messinin komandası “İnter Mayami” Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinalına yüksəldib.

Msport.az xəbər verir ki, ABŞ klubu turnirin 1/4 final mərhələsində MLS-in digər təmsilçisi “Los Anceles”i üstələyib.

İlk oyunda 0:1 hesabı ilə məğlub olan “İnter Mayami” cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb. Messi bu matçda dubla imza atıb.

Florida klubunun yarımfinaldakı rəqibi Kanadanın “Vankuver” klubu olacaq.

Seçilən
287
30
msport.az

10Mənbələr