Demokrat.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "İctimai TV"də yayımlanan "Xəbərimiz var" proqramında qonaq olarkən deyib.
O bildirib ki, bu gün Azərbaycanda magistratura ikiillikdir, amma Azərbaycanda il yarımlıq magistratura proqramları da var. Xüsusən MBA üzrə belə ixtisaslar mövcuddur:
"Elə ixtisaslar var ki, onlarda tədris müddətinin azaldılması kifayət qədər çətin məsələdir, çünki uzunmüddətli peşəkar hazırlıq tələb edir. Amma elə sahələr də var ki, qısa müddətdə bazara hazır mütəxəssis çıxarmaq olar.