Bakı. Trend:
"Google", uzun müddətdir mobil cihazlarda təqdim etdiyi "GoogleDiscover" xüsusiyyətini masaüstü ana səhifəsinə gətirməyəhazırlaşır.
Trend xəbər verir ki, tədbirdə çıxış edən "Google"səlahiyyətliləri, bu mühüm elanı İspaniyanın paytaxtı Madriddəkeçirilən Search Central Live tədbirində rəsmi olaraqaçıqlayıb.
Bu açıqlama "X" sosial media platformasında da iştirakçılartərəfindən paylaşılıb. Yazılara əsasən, funksiya bəzi istifadəçilərüçün aktivləşdirilib.
Qeyd edək ki, illərdir mobil cihazlarda aktiv şəkildə istifadəedilən bu funksiya istifadəçilərə onları maraqlandıra biləcəkməzmuna axtarış etmədən daxil olmaq imkanı verir.
Masaüstünə gələcək "Google Discover" xüsusilə xəbər saytları,bloggerlər və məzmun yaradıcıları üçün yeni trafik mənbəyi olabilər. Digər tərəfdən, "Google"un bu funksiyanı tam olaraq nə vaxtaktivləşdirəcəyi hələlik məlum deyil. Lakin elanda bu keçidin yaxıngələcəkdə baş verəcəyi bildirilir.