Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, diplomatik immunitetə malik şəxslərin törətdikləri inzibati xətaların məsuliyyəti beynəlxalq hüquq normalarına uyğun həll olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb. Belə şəxslərin yol hərəkəti qaydalarını pozmaları ilə bağlı məsuliyyət məsələsi beynəlxalq hüquq çərçivəsində həll edilir. Diplomatik immunitetə malik şəxslər, qanunla müəyyən edilən hallarda, inzibati qaydada tutulmalarına və şəxsi axtarışa cəlb edilmələrinə məruz qala bilməzlər. Onlara qarşı qanunvericilikdə xüsusi qaydalar tətbiq olunur.