AZ

Azərbaycanda şok: Futbol stadionunu şumladılar - FOTOLAR

Gədəbəy rayonunda mərkəzi stadionu şumlayıblar.

“Yeni Sabah” xəbər verir ki, bu haqda idman jurnalisti Anar Şabanoğlu fotolar paylaşıb. 

O, paylaşımına yazıb: “Yəqin görüblər ki, futbolçu yetişdirə bilmirlər, fikirləşiblər ki, bəlkə kartof yetişə.

Uşaqlığım bu stadionda keçib. Hava qaranlıqlaşana, göz topu görməyənə kimi futbol oynayırdıq.

Sonra "Narzan" 1-ci Liqada çıxış etdi. Bu stadionda bir çox tanınmış futbolçular, o cümlədən Zaur Tağızadə OİK-in heyətində qol vurmuşdu. 

Şəhərin ən azı 2-3, kəndlərin hamısının ən azı 1 komandası olurdu. Rayon çempionatı keçirilirdi. Hətta, bir dəfə Nadir Nəbiyev və "Turan"ın başqa futbolçularını gətirib polisin komandasında oynadıb çempion etmişdilər.

Sonra dedilər Fazil Məmmədov stadionu alıb. Stadionu bağladılar, heç kimi buraxmadılar. 

Nəhayət, deyəsən "təyinatı üzrə" istifadə etməyə başlayıblar.

İndi AFFA-dan soruşsan, deyəcəklər bizim balansımızda deyil, AGİN deyəcək biz bilmirik, RİH-dən başqa bir sözlə yola verəcəklər.

Amma deyilənə görə stadionun torpağı özəlləşdirilməyib. Yəni, bu edilən özbaşınalıqdı.

Sonra deyirik ölkədə niyə futbol yoxdu...”


Telegram kanalımız
phrase_var_article.chosen
208
9
yenisabah.az

10phrase_var_article.sources