AZ

Bakı metrosunda "Wi-Fi" quraşdırılacaq? -

Artıq bir çox ölkədə metroda pulsuz internetə qoşulmaq mümkündür. Moskva, Seul və Pekin kimi şəhərlərdə həm stansiyalarda, həm də qatarların içində Wi-Fi quraşdırılıb. Nyu-York, London və Toronto kimi şəhərlərdə isə əsasən stansiyalarda mövcuddur. Bakı metrosunda Wİ-Fİ quraşdırılması məsələsi də bir neçə dəfə gündəmə gətirilib, lakin nəticəsiz qalıb. Hazırda metro stansiyalarında təmir-bərpa işləri gedir. Bəs metroya internet çəkilməsi planlaşdırılıb? “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, metropolitendə Wİ-Fİ şəbəkəsinin tətbiqi məsələsinə texniki, infrastruktur və digər amillər nəzərə alınmaqla aparılan dəyərləndirmələrin nəticələrinə uyğun şəkildə baxılacaqdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
73
1
metbuat.az

10Mənbələr