AZ

Rəfael Piriyev istintaqa çağırılıb

Rəfael Piriyev istintaqa çağırılıb.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Piriyev Rəfael Fizuli oğlu Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs kimi istintaqa dəvət olunub.

3. Çağırışa gəlmənin vaxtı (tarix və saat) və yeri: Təqsirləndirilən şəxs Piriyev Rəfael Fizuli oğluna izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 02 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

4. Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti: 202006049 nömrəli cinayət işi üzrə Piriyev Rəfael Fizuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilmişdir.

Piriyev Rəfael Fizuli oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

5. Çağırılan şəxsin prosessual hüquq və vəzifələrinin izahı: təqsirləndirilən şəxs Rəfael Piriyevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.

6. Qiyabi icraatın açıla biləcəyi və ya qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi barədə xəbərdarlıq: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Rəfael Piriyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Seçilən
100
49
apa.az

10Mənbələr