AZ

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 14,6 milyard manatlıq, o cümlədən, 8,1 milyardmanatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Trend bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədəpərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən,ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz,qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərləxarakterizə olunub:

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsindəaldıqları mallara xərclədiyi vəsaitin 51,0 faizi ərzaqməhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 14,9faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faiziavtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik mallarıvə mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbiləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiyaavadanlıqları və çap məhsullarının, 15,6 faizi isə digərqeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu dövrdə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfatsubyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eynidövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndəticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilinyanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədəmüəssisələr üzrə 8,1 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazarvə yarmarkalarda isə 3,5 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin birnəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən, 264,3 manatlıqərzaq məhsulları, içkilər və tütün məmulatları, 211,0 manatlıqqeyri-ərzaq malları alıb.

Seçilən
77
6
az.trend.az

10Mənbələr