AZ

"Nə gözəldir ki, Azərbaycan da Türkiyə ilə birlikdə Suriyanın bərpasına fəal şəkildə töhfə verir"

“Suriyada proses çox uğurla irəlilədi. Bu gün Əhməd əş-Şaraanın rəhbərliyi ilə Suriyada artıq yenidən yeni bir dövlət formalaşır”
 
Bu sözləri Moderator.az-a açıqlamasında Sinan Oğan bildirib:
 
“Türkiyə burada həm Suriya ordusunun hazırlanması, həm də ölkənin bərpası sahəsində - bir çox istiqamətdə Suriya ilə yanaşı hərəkət edir.
Amma nə gözəldir ki, təkcə Türkiyə yox, Azərbaycan da Türkiyə ilə birlikdə Suriyanın bərpasına fəal şəkildə töhfə verir. Bu gün bölgənin iki böyük lideri – cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev – artıq regional məsələləri birgə, məsləhətləşərək həll edirlər.
 
Bu günlərdə Azərbaycanda keçirilən Türkiyə–İsrail görüşləri və bu görüşə Azərbaycanın ev sahibliyi etməsi, bu gün isə Antalya Diplomatiya Forumunda Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin birlikdə müzakirə etdikləri məsələlər göstərir ki, Suriya məsələsi başda olmaqla, bölgəmizdəki bütün problemlər artıq iki ölkənin liderləri tərəfindən birgə müzakirə olunur.
 
Çexiya ilə bağlı məsələdə də cənab İlham Əliyevin verdiyi dəstək Türkiyə xalqının qəlbində həqiqətən böyük rəğbət və sevgi doğurub”.
phrase_var_article.chosen
165
50
moderator.az

10phrase_var_article.sources