Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Diplomatiya Forumunda iştirak etmək üçün Antalyaya gedən Lavrov səfər çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.
Rusiya XİN rəhbəri Antalyaya Almatıdan birbaşa gedib. Lavrov Almatıda MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nazirin forumda çıxış edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi barədə məlumat vermişdi./globalinfo.az
"Cebheinfo.az"