Üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlıların sayı hər keçən gün artır.
Rusiya silahlı qüvvələrində xidmətə çağırılmış Rəşad Heydər oğlu Şükürov Donetsk bölgəsində həlak olub. 1979-cu ildə Kəlbəcər rayonunun Oruclu kəndində doğulan Rəşad Şükürov Rusiya vətəndaşlığını qəbul edibmiş.
Qohumlarının verdiyi məlumata görə mərhumun nəşi Azərbaycana gətiriləcək və Yevlax rayonunda dəfn ediləcək.(musavat.com)