AZ

Floridada təyyarə qəzası: ölənlər var

ABŞ-ın Florida ştatının Boka Raton şəhərində təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Bildirilib ki, ikimühərrikli “Cessna 310” təyyarəsi havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 3 nəfər həlak olub.

"Təyyarədə yəqin ki, bəzi mexaniki problemlər olub və yerdə bir avtomobil də var idi", - deyə Boka Yanğın Xilasetmə İdarəsinin müavini Maykl LaSalle deyib.

Seçilən
156
4
publika.az

10Mənbələr