AZ

"Mançester Siti"nin qapıçısı cari mövsüm dördüncü dəfə məhsuldar ötürmə edib

İngiltərənin "Mançester Siti" klubunun qapıçısı Ederson cari mövsüm Premyer Liqada dördüncü dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

"Report"un məlumatına görə, braziliyalı qolkiper hazırda "Kristal Pelas"a qarşı keçirdikləri XXXII turun oyununda assistlə yadda qalıb.

Onun ötürməsindən Ceyms Makeyti fərqlənib.

Bu, Edersonun İngiltərə Premyer Liqası matçlarında yeddinci məhsuldar ötürməsidir.

Qeyd edək ki, "Mançester Siti" "Kristal Pelas"la matçda 4:2 hesabı ilə öndədir.

Seçilən
216
50
report.az

10Mənbələr