Ukraynanın Avropa Birliyində nə işi var?! Zelenski Kiyevin Avropaya inteqrasiya kursunu davam etdirməklə siyasi təcrübəsinin olmadığını nümayiş etdirir.
Axar.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Ukrayna hara gedir? Bu, təcrübəsiz adamın bir anlıq həvəsidir. Volodya yaxşı insandır, lakin təcrübəsizdir. O, bunu etiraf etməlidir. Ukraynanın Avropa Birliyində yeri yoxdur”, - o vurğulayıb.