Xərçəng xəstələrinə pəhriz proqramı tərtib edən diyetiloqların fikrincə, sadə, ucuz qəlyanaltı xəstəlikdən qorunmağa kömək edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail yazıb.
Son 15 ildə onkologiya üzrə ixtisaslaşmış diyetoloq və nutritionist, 38 yaşlı Nikol Endryus deyir ki, yerkökü, bibər, noxud, zeytun və pendirin birləşməsindən alınan salat xərçəng riskini azalda bilər: "Bu, sizin tox hiss etmənizə kömək edəcək, doyacaqsınız və bundan sonra özünüzü daha enerjili hiss edəcəksiniz".
O, bu salatın qiymətinin 3 dollardan az olduğunu və pendirdəki sağlam yağların, zeytundakı antioksidanların və tərəvəzlərdən alınan liflərin bədən üçün möcüzələr yarada biləcəyini iddia edib.
Həkim həmçinin qeyd edib ki, tərəvəzlərin orqanizmə fayda verməsi üçün mütləq orqanik olması lazım deyil.
Bizim.Media