Azərbaycanlı alpinistlər “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu ərazisində ötən ilin sonunda baş vermiş təyyarə qəzasına həsr olunmuş xatirə lövhəsi quraşdırıblar.
Bizim.Media xəbər verir ki, xatirə lövhəsində həlak olan ekipaj üzvlərinin adları həkk olunub.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında hücuma məruz qalıb.
Bizim.Media