AZ

Sosial-demokratlar Finlandiyada dairə və bələdiyyə seçkilərində qalib gəlirlər

Finlandiyanın müxalifətdəki Sosial-Demokrat Partiyası (SDP) bazar günü keçirilən dairə və bələdiyyə seçkilərində qalib gəlir.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

İlkin məlumatlara görə, səslərin 95 %-i hesablandıqdan sonra seçicilərin 23%-dən bir qədər çoxu bu partiyaya səs verib. SDP respublika səviyyəsində hakim olan və əvvəllər yerli seçkilərdə dalbadal dörd dəfə qalib gələn Milli Koalisiya Partiyasını (21 %) geridə qoyub.

SDP-nin sədri Antti Lindtman jurnalistlərə bildirib ki, “Koalisiya partiyasının 20 il ərzində üstünlük təşkil etdiyi bələdiyyə seçkilərində qələbə böyük nailiyyətdir”.

“Bu, həqiqətən də finlərin dəyişiklik üçün səs verdiyini göstərir”, – o qeyd edib.

Üçüncü yeri təxminən 20 % səs toplayan Mərkəzçi Partiya tutub.

Şərhçilərin fikrincə, ən böyük məğlubiyyəti koalisiyaya daxil olan millətçi-radikal “Həqiqi Finlər” partiyası yaşayıb: o, 7,6 % dəstəklə altıncı yerdədir və 2021-ci ildəki əvvəlki yerli seçkilərlə müqayisədə nəticəsini 6,9 % azaldıb.

Seçilən
216
50
report.az

10Mənbələr