AZ

Rumıniya Senatının rəsmi nümayəndəsi Bakıda Zəfər parkını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rumıniya Senatınınsədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudea aprelin 14-dəBakıda Zəfər parkını ziyarət edib.

Trend xəbərverir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsidüzülmüşdü.

Rumıniya Senatının rəsmi nümayəndəsi Zəfər abidəsinin önünəəklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyimisilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərinyaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verildi.

Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-dəAzərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım MehribanƏliyevanın iştirakı ilə olub.

Rumıniya
Rumıniya
Rumıniya
Rumıniya
Seçilən
144
4
az.trend.az

8Mənbələr