AZ

"VTB Bank Azərbaycan"ın kredit portfeli - 236 MİLYON MANATA YAXINLAŞIB

Bu ilin I rübündə "VTB Bank Azərbaycan" 235 milyon 764 min manat kredit portfelinə malik olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Kredit portfelinin həcmi  ötən ilin sonu ilə müqayisədə 771 min manat (0,3%) böyüyüb.

Onun da  99 milyon 951 min manatını istehlak,  76 milyon 210 min manatını biznes kreditləri, 59 milyon 604 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.

2024-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 486 manat (0,5%),  ipoteka kreditləri 2 milyon 609 min manat (5%) böyüyüb.

Ümumi kredit portfelinin 26 milyon 903 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.

Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 206 milyon 862 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 103 min manat, başqa sözlə 0,3% artım deməkdir.

Seçilən
12
1
fed.az

3Mənbələr