AZ

9-cu sinif imtahanları: Təhsil sisteminin görünməyən "güzgüsü"

Bazar günü Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib. Bu mərhələ hər il on minlərlə şagirdin iştirak etdiyi görünüşdə sadə, lakin əslində təhsil sisteminin iç üzünü ortaya çıxaran bir prosesdir.

Buraxılış imtahanları yalnız şagirdin fənn biliklərini ölçmür, eyni zamanda ölkənin təhsil göstəricilərinə, məktəb reytinqlərinə və sistemdəki ümumi vəziyyətə güzgü tutur.

9-cu sinif səviyyəsində keçirilən bu imtahanlar az diqqət görsə də, nu imtahanın arxa planında çox mühüm funksiyalar dayanır.

Modern.az mövzu ilə bağlı elm və təhsil eksperti Elmin Nuri ilə həmsöhbət olub. Ekspert bildirir ki, 9-cu sinif buraxılış imtahanlarını 11-ci sinif imtahanlarından fərqləndirən əsas məqamlar var.

Onun sözlərinə görə, ilk baxışdan bu imtahanlar şagird üçün daha az stressli görünə bilər. Çünki 9-cu sinif nəticələri ali məktəbə qəbul prosesinə birbaşa təsir göstərmir. Amma məsələ təkcə bununla bitmir.

Elmin Nuri izah edir ki, 11-ci sinif imtahanlarında toplanan ballar sonrakı blok imtahanları ilə birləşərək tələbənin qəbul balını formalaşdırır. 9-cu sinifdə isə bu cür birbaşa əlaqə yoxdur. Lakin bu mərhələnin özünəməxsus əhəmiyyəti var: “Bu gün təhsilimizin göstəricisi, bütün məktəblərin reytinq cədvəli 9-cu sinif imtahanlarındakı nəticəyə görə hesablanır. Məsələn Lerikin x nömrəli məktəblə Bakının mərkəzindəki y nömrəli məktəbin hər ikisinin reytinq cədvəli onların 9-cu sinifdə oxuyan şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticəyə görə müəyyənləşir. 9-cu sinfin nəticələrini təhsil ictimaiyyəti üçün daha ciddiləşdirən meyar budur”

Ekspert həmçinin vurğulayır ki, bu imtahanlar təhsil sisteminin ümumi durumunu anlamaq baxımından da xüsusi rol oynayır: “Azərbaycan dili, riyaziyyat və xarici dil fənnlərinin hər biri özündə bir çox məzmun xəttlərini əhatə edir. Oxuyub anlama, dinləmə, fəza-müstəvi məzmun xətti və bir çox məzmun xəttləri düşüncə parametrləridir. Burada onlara olan münasibət dəyərləndirilir. Tutalım ki, 9-cu sinfin buraxılış imtahanında riyaziyyat fənni üzrə açıq suallardan 0 bal toplayanlar neçə faizdir, yaxud 0-20 aralığında nəticə göstərənlər ümumi imtahan verənlərin neçə faizini təşkil edir. Bunu araşdırırlar və müəyyənləşdirirlər ki, bu gün riyaziyyatdan açıq suallaa cavab verə bilməyən şagird riyazi təfəkkürdən, analizetmə qabliyyətindən məhrumdur. Bu təhsilin vacib mənzərəsini üzə çıxarır. Məsələ bundan ibarətdir..”

Elmin Nuri hesab edir ki, məhz bu səbəbdən 9-cu sinif imtahanlarına daha ciddi və dərin yanaşmaq lazımdır. Onun fikrincə, bu mərhələnin statistik və elmi təhlili təhsil sahəsində aparılacaq islahatlara əsas ola bilər: “Bunu biz indidən bilməliyik. Təhsilimizlə bağlı edilməli olan yeniliklər məhz 9-cu sinfin buraxılış nəticələrinə görə müəyyənləşdirilməlidir. Çünki bu mexanizm çox əla qurulub, bu məzmun xəttlərinin bütün detallarını özündə əks etdirir. Bu analiz olunmalıdır. Bu gün məni nə qədər şəxsin maksimum bal yığması, kollecə qəbul olması yaxud məktəbdə qalması maraqlı deyil. Mənə maraqlı olan elmi-statistik təhlillərdir. Görəsən riyaziyyat, Azərbaycan dili üzrə açıq tipli suallara, xarici dil üzrə esse tipli suallara neçə faiz şagird cavab verib. Mən bu gün həmin sualların cavabını daha çox gözləyirəm, nəinki digərlərinin”.

Seçilən
147
50
modern.az

10Mənbələr