Gəncədə 26 yaşlı qadın zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü A. Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin versiyaya görə, 26 yaşlı qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu