Demokrat.az xəbər verir ki, bunu Naxçıvan Avtomobil Zavodunun direktoru Səxavət Hümbətov deyib.
O qeyd edib ki, qonşu dövlətlərdən müştərilər cəlb ediləcək, zavodda istehsal edilən avtomobillərin xarici ölkələrə rüsumsuz ixrac edilə biləcək.
Direktorun sözlərinə görə, zavodda Çin istehsalı avtomobillər yığılır. Naxçıvandakı zavodda 40-a yaxın işçi çalışır. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 5000 ədəd avtomobildir.
Səxavət Hümbətov bildirib ki, hazırda zavodda istehsal edilən avtomobil 23900 manata satışa çıxarılır.
Daha ətraflı aşağıdakı süjetdə: