Bakı. Trend:
Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzigünlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisindəmülayim hava şəraiti müşahidə olunurdu. Lakin yanvarın 6-sı gecə vəsəhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyiarabir güclənib.
Yanvarın 7-dən 10-dək ölkə ərazisində hava şəraitinin, əsasən,yağmursuz keçəcəyi gözlənilir, lakin ilkin məlumatlara görə,yanvarın 10-u gündüzdən 12-si səhərədək hava şəraitinin yenidəndəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qarakeçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı günlərdəarabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Qeyd edək ki,uzunmüddətli hava proqnozlarının özünü doğrultması aşağı olduğundanhava proqnozları, adətən, sutkalıq, iki sutkalıq və yeddigünlükdövrü əhatə edir.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii SərvətlərNazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi NazimMahmudov bildirib.
Bölgələrdə yanvar ayı üçün qarşıdakı günlərdə gözlənilən havaşəraitinə gəlincə N.Mahmudov bildirib ki, yanvarın 10-u səhərdən13-dək hava şəraiti qeyri-sabit keçəcək: “Havanın arabir yağıntılıolacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərbküləyinin sürətinin saniyədə 15-20 metrədək güclənəcəyi ehtimalıvar. Qeyd edim ki, Bakıda və Abşeron yarımadasında 2023-cü ilinyanvar ayının ilk günlərində havanın maksimal temperaturu 18 dərəcəisti olduğu halda, minimal temperatur ayın 11-də 3 dərəcəyədəkşaxta qeydə alınıb”.
Xidmət rəisinin sözlərinə görə, son 20 ilin məlumatlarınaəsasən, Bakıda ən soyuq yanvar 2008-ci ildə müşahidə olunub: “Həminil Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Ənisti yanvar isə 2007 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdəhavanın maksimal temperaturu 20 dərəcə istiyədək yüksəlib. 2024-cüilin yanvar ayının bəzi günlərində də hava şəraitinin qeyri-sabitkeçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qar yağacağıistisna olunmur”.