Böyük Britaniyanın Dəniz Ticarət Ofisi (UKMTO) Yəmənin Qırmızı dəniz sahillərində üzən gəmiyə raket zərbələri endirildiyini bildirib.Azadmedia.az İnterfaks-a istinadən xəbər verir ki, hadisə bu gün Hodeydadan təxminən 111 km aralıda baş verib.Belə ki, "Partlayış səsi eşidilib və raketlər görünüb. Növbəti partlayış gəmidən təxminən 1 km aralıda qeydə alınıb, o, dənizdə baş verib", - deyə UKMTO-nun açıqlamasında deyilir.Həmçinin eyni zamanda, gəminin hansı ölkəyə məxsus olduğu və hansı bayraq altında üzdüyü açıqlanmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta