Yüzlərlə yük maşını gömrük-keçid məntəqələrində gözləyir
Gömrük-keçid məntəqələrində müşahidə edilən sıxlıqla bağlı məlumat açıqlanıb.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-a bildirilib ki, ümumilikdə gömrük-keçid məntəqələrində 1104 yük maşını gözləyir.“Qırmızı Körpü” gömrük postunda 700, Astara gömrük postunda 274, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda 16, “Samur” gömrük postunda 38 və “Xanoba” gömrük postunda 6 yük maşını keçid üçün dayanıb.

