"Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Dəyişikliyə əsasən, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" və Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVIII əsrlər) "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib.