AZ

"Bitki mənşəli yağlar qəbul etsək, gündəlik ehtiyacımız olan yağ miqdarını sağlam şəkildə qəbul etmiş olarıq" - Qida eksperti

Yağ yeməklərin əsas inqridentlərindən biridir. Lakin məlum məsələdir ki, bütün yağlar keyfiyyətli deyil.

Qida eksperti Fərid Səfərov BiG.AZ-a bildirib ki, bitki mənşəli yağlar, avokado, hər cür çərəzin tərkibində olan faydalı yağlar, rafinə olunmamış soyuq sıxım zeytun yağı, Omega-3 - yağlı balıq və çərəzləri qəbul etsək, gündəlik ehtiyacımız olan yağ miqdarını sağlam şəkildə qəbul etmiş olarıq:

"Yağ insan orqanizmi üçün olduqca faydalı və lazımlı qida maddələrindən biridir.

Ancaq artan qida ehtiyacı, aclıq, istehsal sahələrinin çoxşaxəliliyi asanlıqla əldə edilən, daha ucuz, keyfiyyətsiz, tərkibində insan orqanizmi üçün heç bir faydası olmayan, uzun müddət təkrar istifadəsi mümkün olan yağların meydana çıxmasına səbəb olmuşdur.

Bu cür zərərli yağlar bir çox qidanın tərkibində vardır:
- hazır sənaye üsulu ilə hazırlanan hər cür şirniyyat məhsulları.
- dondurulmuş qidalar.
- bütün növ fast food qidalar və s.

Bu cür yağlardan:
- marqarin.
- duru yağlar- günəbaxan, qarğıdalı.
- rafinə olunmuş zeytun yağı - uzunmüddətli istifadə zamanı bir çox xəstəliklər yarana bilər:

- ürək və damar xəstəliyi.
- şəkər.
- piylənmə.
- yüksək xolesterol.
- orqanizmdə iltihabın çoxalması və s.

Əvəzinə:
- bitki mənşəli yağlar, avokado.
- hər cür çərəzin tərkibində olan faydalı yağlar.
- rafinə olunmamış soyuq sıxım zeytun yağı.
- Omega-3 - yağlı balıq və çərəzləri qəbul etsək, gündəlik ehtiyacımız olan yağ miqdarını sağlam şəkildə qəbul etmiş olarıq.

Sağlam qidalanaraq sağlam yaşayın!"


BiG.Az
Seçilən
190
15
big.az

10Mənbələr